Türkiyə Britaniya ilə qırıcı məsələsində razılığa gəldi

DÜNYA 27 oktyabr 2025, 23:14
“Türkiyə ilə İngiltərə arasındakı razılaşmanı iki yaxın müttəfiq olaraq strateji əlaqələrin yeni bir işarəsi kimi görürəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, bugünkü görüşün mərkəzində müdafiə və ticarət əlaqələri dayanıb.

“Böyük Britaniya ölkəmizin ən böyük ticarət və investisiya tərəfdaşlarından biridir. Ticarət həcmimizi 40 milyard dollara çatdırmağı hədəfləyirik. Böyük Britaniya vətəndaşlarının ölkəmizi ikinci vətən hesab etmələri bizi sevindirir. Bu məqsədlə biz ikitərəfli çərçivənin imzalanması üçün danışıqlara başlamışıq.

Nümayəndə heyətləri arasında “Eurofighter” qırıcı təyyarələrinin tədarükü müqaviləsi imzalanıb. Mən bu müqaviləni iki yaxın müttəfiq kimi aramızda olan strateji münasibətlərin simvolu kimi görürəm”, - Ərdoğan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 oktyabr 2025, 21:30
Top