Bakının Binəqədi rayonunda 21yaşlı oğlan tanışına bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 28-də baş verib. Bərdə rayon sakini, 2004-cü il təvəllüdlü Vüsal həmin gün saat 20 radələrində Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkında yerləşən çayxanada birlikdə əyləşdiyi tanışı Həsənin onunla nalayiq formada zarafat edərək əlində saxladığı stəkanda olan çayı onun üzərinə tullaması səbəbindən mübahisə edib.
Daha sonra o, aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün zərərçəkmiş şəxsi Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən Heydər Əliyev adına istirahət parkının kənarına dəvət edib.
Həmin tarixdə saat 23 radələrində qeyd olunan ünvanda görüşüb və söhbət edən zaman üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 28-də Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına olan parkda Həsən, Həmzə, Qadir və Fərid adlı tanışları çay içmək üçün əyləşiblər: “Bu zaman zərərçəkmiş şəxs mənə qarşı söyüşlə zarafatlar etməyə başladı. Mən dəfələrlə ona xəbərdarlıq etdim. O, isə məni dinləmədi. Bu səbəbdən Bakı şəhərinə qayıdaraq evdən bıçaq götürdüm və “Varovski” adlanan əraziyə getdim. Orada zərərçəkmişi çağırdım. Həsən Binəqədi Rayon İcra Hakimiyyətinin arxasına gəldikdən sonra bıçaqla 1 dəfə onun qarın boşluğundan zərbə yetirdim”.
Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, bıçağı evdən götürüb: “Bıçaqla zərbə yetirdikdən sonra zərərçəkmişə tibbi yardım göstərmişəm. Onu 3 saylı Sabunçu xəstəxanasına aparmışam”.
İş üzrə zərərçəkmiş Həsənin sözlərinə görə, təqsirləndirilən şəxsi tanıyıb, aralarında ədavət və düşmənçilik olmayıb: “Avqustun 28-də Xırdalan şəhəri ərazisində kafelərin birində təqsirləndirilən şəxslə birlikdə çay içdim. Aramızda yaranan mübahisə nəticəsində içi çay ilə dolu olan fincanı onun üzərinə tökdüm. Həmin mübahisə böyüdükdən sonra Binəqədi rayonu ərazisində yerləşən “Varovski” adlanan əraziyə getdim. Orada olan zaman təqsirləndirilən şəxs bıçaqla mənə 1dəfə zərbə vurub. Çayxanada mən və təqsirləndirilən şəxsdən başqa Həmzə, Qadir və Fərid adlı tanışlarımız olub. Vüsalın üzərində üzərində gəzdirdiyi bıçağı görmüşəm və mənə sol nahiyəmdən zərbə yetirin. Həmin vaxt mən yerə yıxılmamışam, lakin huşum gedib. Vüsal bıçaqla zərbə yetirdikdən sonra peşman olaraq aptekə dərman axtarmaq üçün getdi. Vüsalın ikinci dəfə mənə bıçaqla zərbə yetirmək kimi bir niyyəti olmayıb”.
Cinayət işində olan sənədlərdən məlum olur ki, Həsən xəstəxanaya daxil olduqda dənizdə çimərkən sınmış şüşə parçasının qarın nahiyəsini kəsməsini bildirib. Daha sonra polisdə aparılan araşdırmalardan sonra bıçaqlanma olayı ortaya çıxıb.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbsdən azad olunub.
Fariz Məlikli
Demokrat.az