YapiKredi Müraciət Forması
Kriminal Özəl

Niyə belə hərəkətlər edirsən? — Yataqxanada dava düşdü

Niyə belə hərəkətlər edirsən? — Yataqxanada dava düşdü

Bakının Yasamal rayonunda qonşular arasında dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Elvin qonşusu Eldarla (adlar şərtidir – red.) ümumi istifadədə olan dəhlizdən istifadə qaydaları ilə bağlı mübahisə edib. Mübahisə zamanı o, Eldarın sol üz nahiyəsinə qəsdən yumruq zərbəsi endirərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Elvinə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor