Azərbaycanda dəhşətli qəzada dörd nəfər öldü, ikisi polisdir

HADİSƏ 12 sentyabr 2025, 08:28
Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və üç sərnişin hadisə yerində həlak olublar.

Qeyd edək ki, qəzada həyatı itirənlərdən iki nəfər polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2025, 09:50
Top