Gəncədə dəhşətli hadisə — Hamamda qaz partladı...

HADİSƏ 12 sentyabr 2025, 13:55
Gəncə sakini yanıq xəsarətləri alıb.

Demokrat.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1992-ci il təvəllüdlü Ç.Həsənova bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Ç.Həsənova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Fakt araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2025, 14:21
Top