"Altı il keçir, qəbul qaydaları hələ də hazırlanmayıb” — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 12 sentyabr 2025, 14:13
"Ölkədə birinci sinfə qəbul imtahanla həyata keçirilmir. Lakin “Ümumtəhsil haqqında” qanunun 6-cı maddəsinin 3-cü hissəsinə əsasən, qeyri-Azərbaycan bölmələrində təhsil almaq istəyən uşaqlar həmin dildə müsahibədən keçməlidirlər".

Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

O, bildirib ki, bu, əsasən dövlət məktəblərinə aiddir:

"Məsələn, rus bölməsinə sənəd təqdim edən şagirdlər rus dilində müsahibədən keçirilir. Burada onların dil bilikləri və ünsiyyət bacarıqları yoxlanılır. Əgər şagird rus dilində danışa bilmirsə, təbii olaraq rus bölməsinə deyil, Azərbaycan bölməsinə yönləndirilir".

Onun sözlərinə görə, yanlış bir fikir də var ki, guya ölkədə bütün birinci sinfə qəbul imtahanla aparılır:

"Əslində isə müsahibə yalnız qeyri-Azərbaycan bölmələrinə aiddir. Qanunda göstərilir ki, bu qaydalar Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmalıdır. Lakin “Ümumtəhsil haqqında” qanunun qəbulundan altı ildən artıq vaxt keçsə də, hələlik nazirlik tərəfindən bu sahədə konkret qaydalar hazırlanmayıb".

Ekspert bildirib ki, hazırda mövcud vəziyyətdə qəbul prosesi müsabiqə formasında həyata keçirilir:

"Müsahibədən keçə bilməyən uşaqlar isə Azərbaycan bölməsində təhsillərini davam etdirirlər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top