MİQ imtahanlarının ödənişli olması doğru deyil — AÇIQLAMA

SOSİAL 12 sentyabr 2025, 15:08
“MİQ imtahanlarını Elm və Təhsil Nazirliyi həyata keçirir və bu qurum mərkəzi icra hakimiyyəti orqanıdır, publik hüquqi şəxs deyil. Ona görə də imtahanda hansısa ödəniş tələb olunmasının hüquqi mexanizmləri yoxdur. DİM imtahanlarında ödəniş olunması başa düşüləndir, çünki bu, DİM-in nizamnaməsində qeyd edilib. Amma Elm və Təhsil Nazirliyi bunu hansı formada həyata keçirəcək, mənə aydın deyil”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarının ödənişli olması təcrübəsi dünyada yoxdur:



“Bəlkə imtahan verəcək şəxsin imkanı yoxdur, belə çıxır, o, kənarda qalmalıdır? Belə yanaşma düşünürəm ki, düzgün deyil. Bir neçə dəfə imtahan vermə fürsəti üçün ödəniş tələb olunsa, başa düşüləndir. Amma ildə bir dəfə imtahan verəsən, o da ödənişlə – doğru deyil.

Ümumiyyətlə, mən düşünürəm ki, bütün qurumlar müəyyən qərarlar verərkən ictimai dinləmə keçirsələr, yaxşı olar”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top