Pezeşkian: Tehran sərhədlərin qorunacağı təqdirdə Zəngəzur dəhlizinin əleyhinə deyil

GÜNDƏM 10 avqust 2025, 22:30
İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.

"Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur", - Pezeşkian vurğulayıb.

Eyni zamanda, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 00:06
Top