Ermənistan sülh prosesini sürətləndirməlidir — AÇIQLAMA

GÜNDƏM 10 avqust 2025, 20:17
"Vaşinqtonda imzalanmış sənəd kifayət qədər ciddi sənəddir və sənədə görə Ermənistanın üzərinə bir neçə məsuliyyət düşür".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Onun sözlərinə görə, bu məsuliyyət ondan ibarətdir ki, yekun sülh sazişinin imzalanması üçün maneə kimi qalan sonuncu məsələ öz həllini tapmalıdır:

"Yəni Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir ki, dayanıqlı və yekun sülhü əldə etmək mümkün olsun. 

Bu baxımdan düşünürəm ki, Nikol Paşinyan da Vaşinqtondakı tədbirdən müəyyən nəticələr çıxarıb və Ermənistanda gələn il keçiriləcək seçkilərdən dərhal sonra, böyük ehtimal seçkilərlə paralel konstitusiya dəyişikliyinə gedilməklə bağlı məsələni həll edə bilər".

Politoloq qeyd edib ki, Ermənistan yaranmış fürsəti dəyərləndirməlidir:

"Hesab edirəm ki, Ermənistan bu imkandan yararlanmalıdır. Sülh və sabitlik içində yaşamaq istəyirsə, bu prosesi sürətləndilməlidir.

Bu məsələnin süni şəkildə uzadılması, yubadılması fikrimcə Ermənistanın marağında deyil. Çünki kifayət qədər mənfi nəticələrə gətirib çıxara bilər, Vaşinqtonda imzalanan sənədin altında həm də Donald Trampın imzası var".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 avqust 2025, 21:06
Top