Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində əldə olunmuş nəticələrlə əlaqədar Azərbaycan liderini təbrik edib.
Demokrat.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.