8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış sənədlər Azərbaycan diplomatiyasının və dövlətçilik iradəsinin tarixi qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində, ölkəmiz təkcə öz milli maraqlarını təmin etməklə kifayətlənməyib, həm də regionda sülhün və sabitliyin möhkəmlənməsi üçün mühüm addım atmışdır.
ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasına aparacaq Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, Azərbaycan–Amerika münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçdiyini təsdiqləyir. Bu, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artmasının, Prezident İlham Əliyevin şəxsində Azərbaycan liderliyinə göstərilən yüksək etimadın bariz nümunəsidir.Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan Birgə Bəyannamə isə Cənubi Qafqazda onilliklər boyu davam edən qarşıdurmanın həllinə yönəlmiş dönüş nöqtəsidir. Sülh sazişinin mətni üzərində razılığın əldə olunması, ATƏT Minsk Qrupunun fəaliyyətinin tarixi missiyasını tamamlaması və regionda kommunikasiyaların açılması barədə razılaşmalar, Azərbaycanın prinsipial mövqeyinin və diplomatik uğurlarının nəticəsidir.
Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və milli maraqları qəti şəkildə müdafiə edən mövqeyi sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, postmünaqişə dövründə isə regional əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq modelini təşviq edən aparıcı gücə çevrilmişdir. Bu prosesdə ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmalar həm ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, həm də Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar yaradır.
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi olaraq biz Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin atdığı bu tarixi addımları yüksək qiymətləndirir, əldə olunan razılaşmaların bölgədə uzunmüddətli sülhün, təhlükəsizliyin və inkişafın əsasını qoyacağına əminliyimizi bildiririk.