Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası başa çatıb

GÜNDƏM 10 avqust 2025, 19:18

Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və REA-nın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Məlumata görə, maqnit qasırğası 30 saatdan çox davam edib və pik nöqtəsində G2.0 səviyyəsinə çatıb - bu, mülayim fırtına hesab olunur, lakin 13-14 iyun tarixlərində baş vermiş analoji hadisədən sonra rekord göstəricidir.

Alimlərin sözlərinə görə, avqustun 10-da səhər saatlarında geomaqnit vəziyyət sabitləşib, indekslər on saata yaxındır ki, "yaşıl zona"dadır. Eyni zamanda, ekspertlər qeyd ediblər ki, Yer hələ də Günəşdə tac dəliklərinin təsiri altındadır, buna görə də günəş küləyinin sürəti normadan təxminən 50% artıqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 avqust 2025, 21:06
Top