Deputatın canlı efirdə dili topuq vurdu: “Zəngəzur dəhlizi səmərəsiz ərazidir” — VİDEO

GÜNDƏM 10 avqust 2025, 22:16
Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən Sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb. Lakin çıxış zamanı millət vəkilinin bir neçə dəfə rabitəsiz cümlələr işlətməsi və fikirlərini ardıcıl ifadə edə bilməməsi diqqətdən yayınmayıb.

Editor.az xəbər verir ki, xüsusilə deputatın Zəngəzur dəhlizini “səmərəsiz bir ərazi” kimi səsləndirməsi efirdə çətin anlar yaradıb. Aparıcı dərhal mövzuya müdaxilə edərək, Hüseynovdan fikrini dəqiqləşdirməsini istəyib. Deputat düzəliş etmək istəsə də, yenidən rabitəsiz nitqə yol verib.

Sözügedən çıxışın görüntüləri və dialoqun tam mətni təqdim edirik:

Deputat: “Bu Rusiyanın, regionda konkret olaraq Ermənistandakı təsir dairəsinin, konkret təsiri altında olduğu bir dövrdə biz nə gördük? Orada müharibə gördük, təhdidlər gördük. Eyni zamanda, bütövlükdə dünya iqtisadiyyatının əsas seqmentlərindən biri olan Zəngəzur dəhlizinin,(indən sonrakı fəaliyyətə başlayacaq) bu sahənin səmərəsiz bir ərazi olduğunu gördük. Eləcə də digər cənub qonşumuz da…
Aparıcı müdaxilə edir: Əgər siz demişkən, səmərəsiz olsaydı ABŞ buna bu dərəcədə… Onların düşüncəsi ilə desək…

Deputat: Yox, üzr istəyirəm. Ayrı fikrə gəlirəm. Əslində vacib bir sahəni Rusiyanın nəzarət altında, təsiri altında olduğu kənarda qalmışdı. Yeni, səmərəli, faydalı dünya iqtisadiyyatında əsas oynayacaq bir seqment inteqrasiya olunmamışdı.

-Maraqlar var idi
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 00:06
Top