İran mollaları Pezeşkiana qarşı hücumlara başladı: “Xamneyinin siyasətinə zidd gedir”

GÜNDƏM 11 avqust 2025, 01:38
İranda SEPAHA bağlı Tasnim agentliyində Pezeşkianı tənqid edən məqalə yerləşdirilib və ona xəbərdarlıq edilib.

Demokrat.az
xəbər verir ki, məqalədə Pezeşkian neytral və "zəif” çıxışlarına görə tənqid olunub.

Bildirilib ki, bu Ali Dini Lider Xamneyinin siyasətinə ziddir. Ölkənin nüfuzunə xələl gətirir. 

Qeyd edək ki, Pezeşkian son çıxışlarında qonşu ölkələrlə İranın münasibət qurmaq problemlərindən danışıb. 

Hicabla bağlı məcburiyyətin düzgün olmadığını bildirib. 

O həmçinin Zəngəzur dəhlizi ilə bağlı İran mediasının şişirdilmiş xəbərlər yayıldığını açıqlayıb.

Prezident bu haqda deyib: "Tehran sərhədlərin qorunacağı təqdirdə Zəngəzur dəhlizinin əleyhinə deyil. Bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb”.

Prezidentin bu açıqlamasından sonra mətbuatda onun əleyhinə məqalə yayımlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 00:06
Top