Pezeşkian keyfiyyətsiz benzinə görə taksiyə minməli oldu

REGİON 17 iyul 2025, 21:32

İran Prezidenti Məsud Pezeşkian Təbrizə səfəri zamanı benzinin pis olması səbəbindən taksiyə minməli olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Nasr” agentliyi məlumat yayıb.

Belə ki, Pezeşkianın xüsusi müfəttişi Mustafa Moləvi prezidentin kortejindəki avtomobillərin Qəzvin yaxınlığında dayanmalı olduğunu bildirib.

Onun sözlərinə görə, kortej yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətə davam edib. Daha sonra hər üç avtomobil nasazlıq səbəbindən dayanıb.

Moləvinin sözlərinə görə, bu hadisəyə cavab olaraq Məsud Pezeşkian nə qubernatorluqla əlaqə saxlayıb, nə də rəsmi tədbir görüb, əksinə şəxsi taksi tutaraq Təbrizə gedib.

Texniki baxış zamanı isə məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top