"Qalatasaray" İkardi ilə bağlı qərarını verdi

İDMAN 08 avqust 2025, 17:55
"Qalatasaray" hücumçusu Mauro İkardi ilə müqavilə müddətini uzatmaq niyyətindədir.

Demokrat.az
xəbər verir ki, İstanbul təmsilçisi argentinalı forvardın müqaviləsini əlavə 2 il artırmaq üçün hərəkətə keçib.

Bu barədə məlumatı "Milliyet" yayıb.

Hazırda illik 6 milyon avro qazanan İkardiyə klub tərəfindən eyni şərtlərlə yeni təklif təqdim ediləcək.

"Sarı-qırmızılılar" 31 yaşlı ulduzun komandada qalmasını prioritet sayır və tərəflər arasında danışıqların yaxın günlərdə yekunlaşması gözlənilir. (Fanat.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 19:18
Top