“Bugünkü tarixdə həm gün, həm ay 8 rəqəmi ilə ifadə olunur. 8 rəqəmi liderlik, maliyyə bolluğu, güc və balans rəmzidir. İkiqat 8 isə bu enerjini qat-qat artıraraq sonsuzluq simvolunu yaradır”.
Bu barədə Numeroloq Aytən Quliyeva Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki ki, 08.08 tarixi numerologiyada güclü enerji daşıyıcısı hesab olunur:
“Bu gün insanlara həm maddi, həm də mənəvi istiqamətdə mühüm dəyişikliklər üçün fürsət verir. 08.08-in rəqəmsal cəmi 7-dir. 7 rəqəmi intuisiya, daxili aydınlıq, ruhani inkişafla bağlıdır. Ona görə də bu tarixdə verilən qərarlar uzunmüddətli təsir göstərə və taleyüklü dönüşlərə səbəb ola bilər. Maddi məsələlərdə yeni başlanğıclar, borcların bağlanması, investisiyalar üçün uyğun gündür. Həmçinin bu gün emosional olaraq insanları daha sakit, eyni zamanda məqsədyönlü edir. Münasibətlərdə isə qarşılıqlı anlayış və harmoniyanı gücləndirmək üçün əlverişli bir vaxtdır. Əgər kimsə həyatında yeni səhifə açmaq istəyirsə, 08.08 tarixi bu niyyətin uğurla reallaşmasına böyük dəstək verə bilər”.
Leyla Turan
Demokrat.az