“Prezident İlham Əliyevin ABŞ-a səfəri olduqca tarixi bir məsələni özündə ehtiva edir. Bu səfər zamanı əsas məsələ, şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülh razılaşmasıdır. Həmçinin ABŞ və Azərbaycan arasında mühüm razılaşmaların və sənədlərin imzalanması da gözlənilir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı bəyanatın verilməsi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin paraflanması, eyni zamanda digər mühüm məsələlər üzrə fikir mübadiləsi gözlənilir:
“Bu, regionun gələcəyi baxımından olduqca əhəmiyyətli bir hadisədir. ABŞ və Azərbaycan arasında strateji əməkdaşlıq xartiyasının imzalanması üçün işçi qrupunun yaradılması da böyük önəm daşıyır. Bu həm Ermənistanla münaqişənin yekunlaşması, həm də ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, iki ölkə arasında sülhün əldə olunması “Qafqaz evi” layihəsinin reallaşmasına zəmin yaradacaq. Bu, Baltikyanı ölkələrdə olduğu kimi, Cənubi Qafqaz ölkələrinin də birlikdə inkişaf yolunu seçməsinə ciddi töhfə verəcək”.
Politoloq deyib ki, digər vacib məsələ isə Zəngəzur dəhlizinin açılmasıdır:
“Bu dəhlizin fəaliyyətə başlaması Azərbaycanın sosial-iqtisadi gücünü artıracaq və regionda yeni inkişaf mərhələsinin əsasını qoyacaq. ABŞ-ın bu proseslərdə iştirakı regionun geosiyasi strukturunda dəyişikliklərə səbəb olacaq. Artıq Cənubi Qafqaz ABŞ, Çin, Rusiya və İran arasında əsas mübarizə meydanına çevrilib və bu mübarizədə əsas açar ölkə Azərbaycandır. Zəngəzur dəhlizinin açılması həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulmasına imkan verəcək ki, bu da Naxçıvanın iqtisadi inkişafına böyük töhfə verəcək. Eyni zamanda bu dəhliz Türk dünyasının birləşməsinə də ciddi dəstək olacaq”.
Leyla Turan
Demokrat.az