"Bu çox güman bankların özlərinin qərarıdır. Çünki insanlar artıq alış-verişi bank kartları ilə etməyə öyrəşiblər. Əvvəllər keşbeki ona görə verirdilər ki, insanları daha çox bank kartlarına yönətsinlər. Bu, banklar üçün sərfəli idi. İndi artıq əhalinin böyük bir qismi istənilən alış-verişi kart üzərindən edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
"İndi banklar da əlavə keşbek verməkdə buna görə o qədər maraqlı deyillər. Ona görə yavaş-yavaş keşbeki də azaltdılar. Keşbekler bankların öz gəlirlərindən vətəndaşa ödənilən vəsaitdir. Onları azaltmasının səbəbi insanların artıq kartla alış-verişə daha çox meyl etməsindən doğur. Yəni kartla alış-veriş artdıqca bankların keşbek verməyə ehtiyacı qalmır."
Əfsanə Kamal
Demokrat.az