"Azərbaycanda kölgə iqtisadiyyatının formalaşmasında ən mühüm rol oynayan sahələrdən biri tikinti sektorudur. Bu sektorda işəgötürənlərin çoxu işçilərinə əməkhaqlarını qeyri-rəsmi şəkildə ödəyir. Nəticədə tikinti sahəsində bütün mənalarda xaotik vəziyyət yaranıb".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, bu hal ölkə üzrə geniş yayılıb və söhbət böyük məbləğlərdən gedir:
"İqtisadiyyatımızın təxminən 30 faizi tikinti sektorunda formalaşır və bu sahədə kölgə iqtisadiyyatı açıq şəkildə özünü göstərir. Bu, həm mal və materialların alınmasında, həm də muzdlulara ödənişlərin qeyri-rəsmi edilməsində aydın görünür".
Ekspert bildirib ki, ikinci böyük sahə elektron ticarətdir:
"Xüsusilə də pərakəndə və yüngül sənaye məhsullarının satışı üzrə aparılan onlayn əməliyyatların böyük hissəsi qeyri-rəsmi şəkildə həyata keçirilir. Burada əsasən hüquqi şəxslər deyil, fiziki şəxslər arasında alqı-satqı baş verir. Bu dövriyyənin böyük hissəsi rəsmi statistikalarda öz əksini tapmır. Sadə dillə desək, kartdan-karta ödənişlər vasitəsilə, kiçik məbləğlərlə, lakin böyük həcmdə aparılan əməliyyatlar kölgə iqtisadiyyatının əsas hissəsini təşkil edir".
Onun sözlərinə görə, üçüncü mühüm sahə təhsildir:
"Xüsusilə repetitorluq xidmətlərində xaos hökm sürür. Ödənişlər əsasən qeyri-rəsmi formada həyata keçirilir. Burada həm fərdi, həm də qrup halında ödənişlər olur. Müəllimlərin rəsmi qeydiyyata alınmadan fəaliyyət göstərməsi nəticəsində böyük vəsaitlər kölgə iqtisadiyyatına yönəlir".
Ekspert qeyd edib ki, ümumilikdə sənaye, tikinti, təhsil, hətta müəyyən qədər səhiyyə xidmətləri də daxil olmaqla bir çox sahələrdə kölgə iqtisadiyyatının formalaşması müşahidə olunur:
"Amma ən sürətlə artan və ən təsirli sahə elektron ticarətdir. Çünki bu sahə günü-gündən böyüyür və burada qeyri-legal, vergidən yayınan ödənişlərin dövriyyəsi getdikcə artır".
Əfsanə Kamal
Demokrat.az