Özəl

Bakıdakı su basmalardan sonra əmlak sığortasına maraq artdı — Açıqlama

Bakıdakı su basmalardan sonra əmlak sığortasına maraq artdı — Açıqlama

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə əmlak sığortası bazarında nəzərəçarpacaq artım qeydə alınıb. Əmlakın müxtəlif risklərdən qorunmasına marağın yüksəlməsi sığorta sektorunda bu istiqamətin dinamik inkişaf etdiyini göstərir.

Bəs əmlak sığortasına marağın artmasının əsas səbəbləri nələrdir və bu artımın davamlı olması mümkündürmü?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, əmlak sığortasına marağın artmasının bir sıra səbəbləri var.

Bakıdakı su basmalardan sonra əmlak sığortasına maraq artdı — Açıqlama

Onun sözlərinə görə, ilk növbədə səbəb daşınmaz əmlak bazarı ilə əlaqədardır:

"Məlumdur ki,şəhərin bir çox yerlərində quruculuq və yeni bina tikintisi ilə əlaqədar olaraq söküntü işləri aparılır və nəticədə həmin əmlak sahiblərinə kompensasiya ödənir. Vətəndaşlar isə həmin məbləğlə yenidən əmlak bazarına yönəlirlər.Məlumdur ki,daşınmaz əmlakın alqı satqısı zamanı əmlak sığortası icbaridir. Belə olan halda isə əmlak sığortasının daşınmaz əmlak bazarında payı artıb.

Digər bir səbəb isə bir neçə ay bundan öncə su basmalar ilə əlaqədardır. Paytaxt Bakı, Sumqayıt və bir sıra böyük şəhərlərdə yağışın həcminin normadan artıq yağması və kanalizasiya sistemlərinin həm nasazlığı,həm əksər ərazilərdə heç kanalizasiya sisteminin olmaması, bununla belə normadan artıq yağan yağışı yaxşı çəkə bilməməsi kimi səbəblərdən vətəndaşların evi selə məruz qalmışdı. Növbəti illərdə xoşa gəlməz hallardan sığortalanma, həmçinin təbii fəlakətin verdiyin zərəri qarşılamaq məqsədi ilə vətəndaşlar əmlak sığortası bazarına yönəlmişdir.

Təbii ki,həmin dövrdə şəxsin əmlakının çıxarışı olub olmamasından asılı olmayaraq dövlət öz dəstəyini göstərdi. Əsas məsələ isə mənzilin içində olan zərər idi. Təbii ki,şəxsin əmlak sığortası yox idi deyə xərcləri vətəndaş özü qarşılamaq məcburiyyətində idi. Minlərlə manat zərərin qarşısında 40-50 manat civarında olan sığorta əlbəttə ki, böyük rəqəm hesab edilmir".