YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Bıçaqlanan qadın məhkəmədə şikayətini geri çəkdi

Bıçaqlanan qadın məhkəmədə şikayətini geri çəkdi

Abşeron rayonunda 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Səməd (ad şərtidir – red.) qəsəbədə yerləşən fərdi yaşayış evinin həyətində həyat yoldaşı Süsənlə (ad şərtidir – red.) mübahisə edib.

İstintaq materiallarına görə, mübahisəyə Süsənin ərindən borc verdiyi pulu tələb etməsi səbəb olub. Mübahisə zamanı Səməd qadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruqla zərbə endirib. Daha sonra üzərində olan bıçaqla onun qarın və sol sağrı nahiyələrinə bir dəfə olmaqla xəsarət yetirib.

Səməd barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa zərər vurma) ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Səməd ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, qadının ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Zərərçəkmiş Süsən də ifadəsində təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Səməd cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor