YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTOLAR

Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTOLAR

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bu gün Gəncədə vətəndaşlarla görüş keçirib.

Qurumun Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində baş tutan tədbirdə Gəncə, Samux, Göygöl və Daşkəsəndən olan sakinlər iştirak ediblər.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Azərişıq" regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir. Görülən işlər abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.

Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTOLAR
Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTOLAR
Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTOLAR
Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTOLAR
1 / 3

NE
Nihadə Eyyubova