Naftalanda üç məktəblini avtomobil vurub.
Demokrat.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 2014-cü il təvəllüdlü R.Paşazadəni, 2017-ci il təvəllüdlü C.Sadıqzadəni və 2015-ci il təvəllüdlü K.Abbaslını minik avtomobili vurub.
Qəza nəticəsində xəsarət alan hər üç uşaq xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin kafi olduğu bildirilir.(oxu.az)



