“Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) logistik marşrutların optimallaşdırılması və əsas ixrac bazarlarına, o cümlədən Türkiyə, Avropa İttifaqı ölkələri və digər ölkələrə çıxış istiqamətində işlər aparır.
Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, artıq təxminən iki ildir həmin şirkət fəaliyyət göstərir:
““Özbəkneftqaz”ın açıqlamasında bildirilir ki, 2023-cü ilin sonunda SOCAR-la birgə beynəlxalq karbohidrogen ticarəti üçün birgə ticarət şirkəti yaradılıb və hazırda əməkdaşlıq davam edir. Lakin bu müddət ərzində onun fəaliyyəti, əməliyyatları və maliyyə nəticələri barədə ictimaiyyətə faktiki olaraq heç bir məlumat açıqlanmayıb. Bəyanatın digər hissəsində qeyd olunur ki, gələcəkdə həm fiziki treydinq seqmentində, həm də üçüncü ölkələrə çevik çatdırılma sahəsində genişlənmə imkanları araşdırılacaq. Halbuki “treydinq” elə ticarət fəaliyyəti deməkdir. Yəni açıqlamadan belə çıxır ki, şirkətin real ticarət əməliyyatları hələlik başlamayıb, yalnız gələcəkdə nəzərdə tutulur. Ona görə də, ancaq şirkət faktiki olaraq ticarət əməliyyatlarını həyata keçirib. Qazanc əldə etdikdən sonra SOCAR və ümumilikdə Azərbaycanın bu əməkdaşlıqdan nə qədər gəlir götürdüyü barədə dəqiq fikir yürütmək mümkün olacaq”.
Leyla Turan
Demokrat.az