12 illik təhsilə keçid üçün çox gecikmişik — Etibar Əliyev

GÜNDƏM 11 avqust 2025, 13:56
"12 illik təhsilə keçid hər zaman müzakirə edilir, lakin müzakirə səviyyəsində də qalır. 2013-cü ildə Prezident tərəfindən imzalanan Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsilə keçid var. Biz nəzərə almalıyıq ki, dünyanın 130-dan çox ölkəsi 12 illik təhsilə keçib. Düşünürəm ki, həmin ölkələrin orta təhsilində müəyyən uğurlar da əldə olunub. Bu gün biz beynəlxalq bilik yarışlarına diqqət etdikdə görürük ki, hansı ölkələr PİSA sistemində öndədirlər, o ölkələrdə 12 illik təhsildir. Almaniya və Niderlandda isə 13 illik təhsil sistemi var".

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, 12 illik təhsil sisteminin əhəmiyyəti ondan ibarətdir ki, 11–12-ci siniflərdə təmayülləşməyə geniş yol açılır:

"12 illik təhsilə keçid repetitorların da qarşısını müəyyən qədər ala bilər. Çünki təmayülləşmə olacaqsa, repetitorluğa tələb azala bilər.

Lakin biz çox gecikmişik. 10 il əvvəl bu keçid baş tutsaydı, uğurlu olardı. Yeni dərsliklər yazılmalıdır, proqram dəyişməlidir, təmayülləşmə prosesi üçün müəllim hazırlığı olmalıdır. Çox ağır prosesdir bu, ona görə müvafiq qurumlar bundan çəkinirlər. Amma müasir dünyanın çağırışı budur".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 15:43
11 avqust 2025, 14:40
Top