Uyğun qiymətə istirahət üçün bunlara diqqət edin — AÇIQLAMA

SOSİAL 11 avqust 2025, 14:58
"Yay aylarında xüsusilə həftə sonları bölgələrdəki istirahət mərkəzləri və otellərdə qiymətlərdə nəzərə çarpacaq artım müşahidə olunur. Bu, həm tələb-təklif balansı ilə, həm də insanların səyahət vərdişləri ilə bağlıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib. 

O bildirib ki, həftəsonu qiymətləri adətən 10–30% daha yüksək olur:

"Bəzi otellər cümə və bazar günləri minimum 2 gecəlik rezervasiya tələb edir. 
İzdiham artdıqca son anda rezervasiya edənlər üçün qiymətlər daha da bahalaşır. Həftəiçi isə daha sakit və münasib qiymətlərlə istirahət etmək mümkündür.
Əhalinin çoxu həftə içi işlədiyindən, səfərlər əsasən həftə sonuna düşür.
Bu da turizm obyektlərində doluluq səviyyəsini artırır, nəticədə qiymətlər optimallaşdırılır.
Daha sərfəli qiymətlərlə istirahət etmək üçün həftəiçi rezervasiya olunması tövsiyə olunur. Erkən bron və ya endirim kampaniyalarından yararlanmaq üçün alternativ bölgələrə, daha az tanınan, amma keyfiyyətli məkanlara baxmaq mümkündür.

Qeyd edək ki, həftə sonu bölgələrdə otel qiymətləri həftə içi ilə müqayisədə kəskin şəkildə bahadır.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 15:43
Top