"Gücü olsaydı, Rusiya təbii ki, belə bir sənədin Vaşinqtonda imzalanmağına imkan verməzdi. Lakin Rusiyanın Cənubi Qafqazda və Azərbaycanda, son zamanlar isə Ermənistanda imkanları azalmaq üzrədir. Ermənistanda iğtişaşlar yaratmaq üçün Rusiyanın göndərdiyi adamlar da həbs olunub".
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, istisna deyil ki, Rusiya Gümrüdə yerləşən bazasından istifadə etsin:
"Siyasi və iqtisadi cəhətdən isə Rusiya artıq öz imkanlarını itirmək üzrədir. Vaşinqtondakı razılaşmalar həyata keçirilsə, düşünürəm ki, yaxın müddətdə Cənubi Qafqaz artıq sülh, əməkdaşlıq bölgəsinə çevrilə bilər. Bu da Cənubi Qafqazdakı dövlətlərin müstəqil dövlətlər kimi inkişafı üçün ən mühüm imkandır".
Cavidan Mirzəzadə
Demokrat.az