24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu — VİDEO

GÜNDƏM 26 sentyabr 2025, 21:27

Zərdab rayonunda avtomobildə körpə dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasından saytımıza bildirilib ki, ötən gün saat 10:30 radələrində 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar xəstəxananın Doğum evinə müraciət edib.

Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.

Qadının 4-cü hamiləliyindən boyu 46 sm, çəkisi 2 kq 300 qram olan oğlan övladı dünyaya gəlib.

Tibb müəssisəsinin Doğuş şöbəsinə yerləşdirilən zahı qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.

Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 22:20
26 sentyabr 2025, 20:16
Top