"Nəqliyyat sistemi ilə bağlı problemlər zaman keçdikcə həllini tapacaq" — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 26 sentyabr 2025, 19:48
"Doğrudan da taksilərlə bağlı mövzuya hər kəsin fərqli yanaşma prinsipi var. Məsələn, Karamət Böyükçül yazıçı kimi mövqeyini daha çox obrazlaşdırılmış şəkildə ifadə edir".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, bu gün Azərbaycanda nəqliyyat sisteminin xüsusiyyətləri açıq şəkildə görünür:

"Xüsusən də sərnişin daşımaları sahəsində ölkədə böyük sərmayələr qoyulub, müxtəlif fondlar və proqramlar həyata keçirilib. Lakin bütün bunlara baxmayaraq, müəyyən çatışmazlıqlar qalmaqdadır və onların aradan qaldırılması üçün zamana ehtiyac var".

Ekspert bildirib ki, ödənişli və ödənişsiz yollar, nəqliyyat vasitələrinin texniki parametrləri və istismara daxil olan elementlər problemlərin yalnız bir hissəsini təşkil edir:

"Burada əsas məsələ təkcə fərdlərdən deyil, ümumi sistemin düzgün idarə olunmasından asılıdır.
Nəticə etibarilə, nəqliyyat sistemi ilə bağlı problemlər zaman keçdikcə öz həllini tapacaq. Növbəti illərdə bu məsələlərin daha yüksək səviyyədə həll olunacağı gözlənilir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 20:16
Top