Azərbaycan U-15 millisi Bakıda keçirilən dünya çempionatında qələbə qazanıb.
Demokrat.az xəbər verir ki, komandamız Andorraya 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dünən Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra keçirilən Azərbaycan-Timor-Leste yığmalarının oyunu milli komandamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.


