KİV: İran yeni yeraltı nüvə obyekti inşa edir

DÜNYA 26 sentyabr 2025, 21:46

ABŞ və İsrailin birgə zərbələrindən sonra İran Natanz şəhəri yaxınlığında strateji əhəmiyyətli yeni yeraltı kompleksin tikintisini sürətləndirib.

Oxu.Az xəbər verir ki, "Washington Post" qəzetinin peyk görüntüləri və ekspert rəylərinə əsaslanaraq yaydığı məlumata görə, Küləng dağı altında inşa edilən bu obyekt daha əvvəl bombalanmış Fordo nüvə obyektindən də dərində yerləşir.

Analitiklərin qiymətləndirməsinə görə, obyektin dərinliyi 70-100 metr arasında dəyişir. Yeni obyektin bu qədər dərin tikilməsi onun hava zərbələrinə qarşı daha dayanıqlı olması ilə izah olunur.

Ekspertlər vurğulayıblar ki, bu tikinti İranın nüvə proqramını davam etdirmək və eyni zamanda xarici müdaxilələrə qarşı əlavə təhlükəsizlik təmin etmək məqsədi daşıyır.

Bu kompleksin nə zaman tam hazır olacağı və hansı məqsədlə istifadə ediləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 22:20
26 sentyabr 2025, 20:16
Top