Paşinyan ABŞ-də işgüzar səfərdə olacaq — YENİLƏNİB

DÜNYA 26 sentyabr 2025, 14:18
Ermənistanın Baş naziri Nikol Paşinyan 26-27 sentyabr tarixlərində ABŞ-də işgüzar səfərdə olacaq.

Demokrat.az  
xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

"O, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və yüksək səviyyəli debatlar seqmentində çıxış edəcək", - o qeyd edib.

Bundan əlavə, səfər çərçivəsində N.Paşinyanın BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşü də planlaşdırılıb.

***
13:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvadan Nyu-Yorka yollanır.

Demokrat.az
xəbər verir ki, Baş nazir bu barədə sosial şəbəkədə yazıb.

O, dünən Rusiyanın paytaxtında keçirilən "Ümumdünya Atom Həftəsi" forumunda iştirak edib, daha sonra Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 15:18
Top