Almaniya Avropa İttifaqı ölkələrində dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya təxminən 140 milyard avro məbləğində faizsiz kredit verilməsini dəstəkləyir.
APA xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merz “Financial Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Almaniyanın kansleri qeyd edib ki, Rusiya aktivləri hesabına Ukraynaya kredit verilməsi barədə qərar Avropa İttifaqında yekdil deyil, əksəriyyət səsverməsi ilə qəbul edilə bilər.
“Kredit yalnız Rusiya müharibə zamanı Ukraynaya vurduğu zərəri ödədikdən sonra geri ödənəcək. O vaxta qədər Rusiya aktivləri Avropa İttifaqı Şurasının qərarına uyğun olaraq dondurulmuş qalacaq”, — o vurğulayıb.
Merz bu təşəbbüsü oktyabrın 1-də Kopenhagendə keçiriləcək Avropa İttifaqı dövlət və hökumət başçılarının sammitində müzakirə edəcəyini vurğulayıb.