Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb

DÜNYA 25 sentyabr 2025, 21:40
ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin satışı ilə bağlı tətbiq etdiyi sanksiyalar dərhal ləğv edilə bilər.

Demokrat.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı mediaya açıqlamasında deyib.

“Biz F-35-i müzakirə edəcəyik və məncə, o, almaq istədiyini ala biləcək. Mən bilirəm ki, o, F-35 istəyir. Biz bu barədə çox ciddi danışırıq. Onun və bizim müəyyən məsələlərə ehtiyacımız var. Düşünürəm ki, biz bir nəticəyə gələcəyik”, - deyə Tramp bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 22:05
Top