Tramp: "Nyu-Yorkda BMT-nin Baş Assambleyası zamanı ölə bilərdim"

DÜNYA 25 sentyabr 2025, 19:56
"Həyat yoldaşım Melaniya ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclası zamanı dayanmış eskalatorda ölə bilərdik".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Yaxşı ki, Melaniya ilə mən eskalatorun iti metal pilləkənlərinə yıxılmadıq - bu, sadəcə tutacaqlardan möhkəm yapışdığımız üçün oldu", - ABŞ lideri BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında eskalatorun qəfil dayanmasını şərh edərək yazıb.
Tramp həmçinin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına səfəri zamanı eskalatorun bağlanmasını və zalda səs sisteminin nasazlığını təxribat aktı kimi qiymətləndirib.


ABŞ prezidenti bəyan edib ki, eskalatorun yaxınlığındakı müşahidə kameralarının görüntüləri, xüsusən də təcili dayandırma düyməsinin görüntüləndiyi videoyazılar saxlanılmalıdır. ABŞ Məxfi Xidməti bununla məşğuldur. Tramp günahkarların həbs edilməsinə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top