ICESCO və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən “Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə” adlı beynəlxalq forumda "Üzeyir Hacıbəylinin yaradıcılığında Şərq və Qərb sintezi" adlı panel sessiya keçirilib.
Demokrat.az xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundovanın moderatorluğu ilə baş tutan sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Beynəlxalq Ənənəvi Musiqi və Rəqs Şurasının sədri, İstanbul Dövlət Universitetinin Musiqişünaslıq fakültəsinin rəhbəri Abdullah Akat, həmçinin bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev çıxışlar ediblər.
Tədbirdə qeyd olunub ki, Şərq və Qərb musiqi mədəniyyətlərinin sintezini yaratmaqla Üzeyir Hacıbəyli həm Azərbaycan musiqisinin, həm də dünya mədəniyyətinin inkişafına əvəzsiz töhfə verib.
Cavidan Mirzəzadə
Demokrat.az