Ərdoğan Ağ Evdən məmnun ayrıldı

DÜNYA 26 sentyabr 2025, 13:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərini dəyərləndirib.

Demokrataz xəbər verir ki, o, Ağ Evdə Prezident Donald Tramp və nümayəndə heyəti tərəfindən səmimi şəkildə qarşılandıqlarını bildirib.

“Çox yaxşı qarşılandıq, məmnun ayrılırıq. Bu səfər atılan böhtanlarla ləkələnə bilməyəcək qədər gözəl idi”, -0 Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı həmçinin Türkiyə ilə ABŞ arasında ticarət əlaqələrinə toxunaraq 100 milyard dollarlıq hədəfin mövcud olduğunu və hər iki liderin bunu həyata keçirmək əzmində olduqlarını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 15:18
26 sentyabr 2025, 13:20
Top