Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalanıb — FOTO

DÜNYA 25 sentyabr 2025, 23:29
Türkiyə ilə ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığına dair anlaşma memorandumu imzalanıb.

Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

"Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir mərhələyə başladıq", - o bildirib.

Sənəd Nyu- Yorkda keçirilən görüşlər çərçivəsində imzalanıb.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 22:05
Top