EAPCA baş katibi Donald Trampa məktub ünvanladı — FOTOLAR

SOSİAL 11 avqust 2025, 17:05
Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov Amerika Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampa məktub imzalayıb.

Demokrat.az
xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident! Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası və bu coğrafiyada yaşayan Azərbaycan icmaları adından Azərbaycan və Ermənistan arasında tarixi Sülh Sazişinin əldə olunmasında göstərdiyiniz səylərə və liderliyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Zəngəzur dəhlizinin açılmasına verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. “Azadlığa dəstək” Aktının düzəlişinin Azərbaycana tətbiqinin dayandırılması barədə qərarınız ABŞ-ın ədalətə, tərəfdaşlığa və sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiq edir. Göstərdiyiniz səylərə və Cənubi Qafqazda sülhü bərqərar etdiyiniz üçün xahiş edirik, dərin təşəkkürlərimizi qəbul edin!”









Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 19:44
11 avqust 2025, 19:02
Top