Bakının Ukraynaya yardımı Zatulini özündən çıxardı — "Bu əhəmiyyətsiz ölkə..."

DÜNYA 11 avqust 2025, 17:31
“Əgər Bakı Rusiyaya hansısa maneələr yaratmağa köklənibsə, o zaman bunun üçün bu və ya digər bəhanələrdən istifadə olunacaq”. 

SAVASHMEDİA.az Lenta.ru portalına istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini, qatı ermənipərəst və şovinist Konstantin Zatulin iddia edib. 

Zatulin qeyd edib ki, Azərbaycanın Ukraynadakı terminalları və qaz infrastrukturu obyektləri hərbi əməliyyatlar üçün istifadə edilə bilər. 

Onun sözlərinə görə, Zelenski ilə Əliyev arasında söhbət gözlənilən olub, çünki Azərbaycan lideri Moskvaya münasibətini nümayiş etdirmək fürsətini əldən vermir, Ukrayna prezidenti isə onu bunda dəstəkləyir. 

“Əgər biz Amerika və Fransa silahlarından qorxmuruqsa, o zaman hərbi baxımdan əhəmiyyətli ölkə olmayan Azərbaycandan gələn silah-sursat Ukraynada xüsusi hərbi əməliyyatın gedişində bizi, çətin ki, dayandıra bilər. Ona görə də bu qorxutma, vahimə həssas insanlarda təsir doğurmalıdır”, - Azərbaycan dövlətinə, xalqına və onun liderinə qarşı nifrətlə köklənmiş rus deputatı vurğulayıb. 

Xatırladaq ki, bundan öncə Zelenski bildirmişdi ki, o, Əliyevi Rusiyanın Ukraynadakı enerji obyektlərinə zərbələri barədə məlumatlandırıb. Onun fikrincə, bu, Kiyev və Avropa ölkələri üçün enerji müstəqilliyinə zəmanət verən enerji marşrutlarını bağlamaq üçün Moskvanın düşünülmüş cəhdidir. 

Azərbaycanın “Caliber” saytı isə baş verənləri şərh edərkən yazıb ki, Rusiya ordusu Azərbaycanın Ukraynadakı qaz obyektlərinə hücumu davam etdirərsə, Bakı Kiyevə silah tədarükünə qoyulmuş embarqonu ləğv edə bilər. Bu qənaətə “Caliber” nəşri prezident İlham Əliyevlə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığından sonra mənbələrə istinadən gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 19:44
11 avqust 2025, 19:02
Top