YapiKredi Müraciət Forması
Dünya Özəl

TikTok videosu çəkilərkən faciə yaşandı: 19 yaşlı gənc şir hücumunun qurbanı oldu

TikTok videosu çəkilərkən faciə yaşandı: 19 yaşlı gənc şir hücumunun qurbanı oldu

Pakistanın Lahor şəhərində sosial şəbəkə üçün video çəkilişi zamanı baş verən dəhşətli hadisə gəncin ölümü ilə nəticələnib. Fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumuna məruz qalaraq həyatını itirib.

Demokrat.az xəbər verir ki, hadisə noyabrın 11-də Lahor şəhərinin Kahna bölgəsində yerləşən fermada qeydə alınıb.

Məlumata görə, Nauman adlı bloqer TikTok üçün video hazırlamaq məqsədilə fermaya gəlib. Çəkiliş zamanı ona kömək edən Talha qəfil dişi şirin hücumuna məruz qalıb. Ağır yaralanan gənc dərhal özəl xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisədən sonra Talhanın ailəsinə onun it hücumuna məruz qaldığı barədə məlumat verilib. Lakin polis araşdırması nəticəsində ölümün əsl səbəbinin şir hücumu olduğu müəyyənləşdirilib.

Faktla bağlı ferma sahibi Fəyyaz (Faizi) və çəkiliş üçün əraziyə gələn bloqer Nauman saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. Hücum edən şir isə Vəhşi Təbiət Departamentinin nəzarətinə təhvil verilib.