YapiKredi Müraciət Forması
İnfrastruktur

Dəmir yolları ilə sərnişindaşımada ən yüksək göstərici qeydə alınıb

Dəmir yolları ilə sərnişindaşımada ən yüksək göstərici qeydə alınıb

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

Demokrat.az xəbər verir ki, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarla 468 min (11% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 000-dən çox sərnişin səfər edib.

Bu ilin oktyabrında 1,3 milyon nəfərdən çox sərnişin daşınmaqla aylıq sərnişin sayı üzrə ən yüksək göstərici qeydə alınıb.