Novxanı çimərliklərində bağırsaq infeksiyası yayılıb? — RƏSMİ AÇIQLAMA

SOSİAL 11 avqust 2025, 14:18
Sosial şəbəkələrdə yayılan məlumata görə, guya Novxanı çimərliklərini ziyarət etdikdən sonra 100-dən çox uşaq infeksiyaya yoluxub və onlar Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İddialara görə, xəstələnənlərin əksəriyyətində ishal, qızdırma və qusma müşahidə olunub, hətta bir uşağın öldüyü iddia edilib.

Məlumatlarda qeyd olunur ki, uşaqların çoxu vəziyyətləri pisləşməzdən əvvəl Novxanı çimərliyi ərazisində dincəlmişdi.

Demokrat.az  “haqqın.az”a istinadən xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası bu iddiaları təkzib edib.

Xəstəxanadan bildirilib ki, uşaq şöbəsinə müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma halları qeydə alınmayıb, ağır kliniki hallar yoxdur.

Həmçinin uşağın ölümünə dair məlumat da yalanlanıb. Tibb müəssisəsi vurğulayıb ki, bu məlumatı yayan şəxs xəstəxananın əməkdaşı deyil və səsləndirilən iddialar dezinformasiyadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 15:43
11 avqust 2025, 14:40
Top