“Bakı Metropoliteni”ndə yeni təyinat

SOSİAL 11 avqust 2025, 15:57
“Bakı Metropoliteni” QSC-yə yeni baş maliyyə inzibatçısı (CFO) təyin edilib.

Demokrat.az xəbər verir ki, bu vəzifə Kamal Hüseynliyə həvalə edilib.
 
Kamal Hüseynli 2024-cü ilin sentyabr ayından 2025-ci ilin avqust ayına kimi “ADY Ekspress” MMC-nin direktor müavini olub. O, daha əvvəl həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.

Kamal Hüseynli, həmçinin Azərbaycan Voleybol Federasiyasında İdarə Heyətinin üzvü olub, “Azərbaycan Dəmir Yolları”nda Planlaşdırma, Modelləşdirmə və Büdcələşdirmə şöbəsinin rəisi, İqtisadi planlaşdırma, modelləşdirmə və qiymətləndirmə şöbəsinin rəisi, aparıcı maliyyə mütəxəssisi kimi vəzifələrdə çalışıb. (banker.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 19:02
Top