Zelenskinin Berlinə səfəri alman polisini niyə təəccübləndirib?

DÜNYA 13 avqust 2025, 18:18
Ukrayna prezidenti Volodimir Zelenskinin Berlinə səfəri yerli polis üçün "super fəlakət" olub. 

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Bild"in Almaniya təhlükəsizlik qüvvələrinə yaxın mənbələrə istinadən yazdığına gör, onun gəlişi hüquq-mühafizə orqanları əməkdaşlarını təəccübləndirib.

Mənbələrin məlumatına görə, Berlin polisi Ukrayna prezidentinin səfərindən çərşənbə axşamı axşam saatlarında xəbər tutub. Paytaxtda təhlükəsizliyi gücləndirmək üçün onların cəmi bir neçə saatı olub. X sosial şəbəkəsində polis nümayəndələri vətəndaşlara elan ediblər ki, hökumət məhəlləsində piyada və avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Avqustun 13-də Zelenski ABŞ prezidenti Donald Trampla videokonfransda iştirak etmək üçün Berlinə yollanıb. Danışıqlarda Almaniya kansleri Fridrix Merz və digər Avropa İttifaqı ölkələrinin liderləri də iştirak edəcək. Görüşün əsas mövzusu qarşıdan gələn Rusiya-Amerika sammiti ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 19:20
Top