“Beş ulduzlu oteldə qiymət siyasəti nisbətən digər otellərdən fərqli şəkildə tətbiq olunur. Təbii ki, bu müəyyən qiymət kateqoriyalarının üzərinə çıxmaq deməkdir. Ancaq bu tipli otellərin istehlakçı kütləsi fərqli olur”.
Bu barədə iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, orta statistik insanlar çox vaxt bu tipli otelləri seçmir:
“Bazardakı qiymətlərdən onlarla dəfə yüksək olduğu halda müəyyən narazılıqlar yaranır.
Ümumiyyətlə, turizm sektorunda xarici turistlərin ölkəyə gətirilməsi sahəsi var. Bu zaman belə sual yaranır: niyə turistlər Cənubi Qafqaz ölkələri arasında daha çox Gürcüstan və Ermənistanı seçirlər?
İlk növbədə qiymət, sonra isə xidmət – yəni keyfiyyətli məsələsidir. Məsələn, ünsiyyətdə olduğumuz ərəb ölkələrinin və ya rusiyalı vətəndaşların çoxu deyir ki, Azərbaycanda qiymətlər digər qonşu ölkələrdən, hətta Türkiyədən belə daha baha olduğuna görə, çox vaxt həmin ölkələri üstün tuturlar”.
Leyla Turan
Demokrat.az