Bu ilin yanvar-iyun aylarında Azərbaycana 10 862 nəfər ABŞ vətəndaşı səfər edib. Bu onu deməyə əsas verir ki, ABŞ-dan Azərbaycana turist axını artıb.
Turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin ABŞ-a səfərləri və xüsusilə Prezident Donald Tramp ilə olan isti münasibətləri də bu prosesə müsbət təsir göstərir:
“Siyasi əlaqələrin yaxşılaşması turizmə yüksək siqnal verir. Yüksək səviyyəli qarşılıqlı münasibətlər ölkənin imicini gücləndirir. Bu da ABŞ vətəndaşları üçün Azərbaycanı daha etibarlı və dost ölkə kimi təqdim edir. ABŞ-dan Azərbaycana olan iqtisadi maraq artdıqca, biznes məqsədilə səfər edənlər də sayca çoxalır. Bu da ümumi turizm statistikalarına böyük təsir edir.
Tramp admnistrasiyasının verdiyi müsbət açıqlamalar, birbaşa turizmlə bağlı olmasa da, ABŞ ictimaiyyətində və biznes dairələrində Azərbaycan haqqında maraq və müsbət fikirlər formalaşdırır”.
Turizm eksperti qeyd edib ki, bu da hegemon bir dövlətin ölkəmizlə bütün sektorlarda sıx əməkdaşlığına gətirib çıxaracaq:
“Eyni zamanda ABŞ rəsmilərinin Azərbaycanla yaxın münasibətləri, ölkəni sabit və təhlükəsiz turistik istiqamət kimi təqdim etməyə kömək edir.
İlham Əliyevin ABŞ ilə olan uğurlu siyasi dialoqu, Azərbaycanın beynəlxalq imicinə və bununla da turizmə dolayısı ilə müsbət təsir göstərmişdir. Bu, həm də yeni turist bazarlarının cəlb olunması üçün psixoloji və diplomatik zəmin yaradır”.
Leyla Turan
Demokrat.az