“Azərbaycanın regional tibbi mərkəzə çevrilməsi üçün müasir klinikaların yaradılması, peşəkar tibbi heyətin formalaşdırılması və qiymət baxımından rəqabətədavamlı xidmətlərin göstərilməsi böyük önəm daşıyır”.
Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.
O söyləyib ki, bu amillər ölkəmizi regionda cəlbedici tibbi turizm məkanına çevirə bilər:
“Tibbi turizm yalnız səhiyyə sahəsinə deyil, eyni zamanda mehmanxana, nəqliyyat və xidmət sektorlarına da əlavə gəlir mənbəyi qazandırır.
Göz əməliyyatları, stomatologiya, plastik cərrahiyyə, reproduktiv tibb və reabilitasiya kimi istiqamətlərdə göstərilən xidmətlər xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı həm də yerli səhiyyə sisteminin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Tibbi turizmin genişlənməsi ilə Azərbaycan iqtisadiyyatını şaxələndirir, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır və ölkə üçün mühüm potensial vəd edir”.
Leyla Turan
Demokrat.az