"Dərsliklərin planşetlərə yüklənməsi nəzərdə tutulub" — AÇIQLAMA

GÜNDƏM 14 avqust 2025, 14:57
"Hər tədris ili başlayanda məktəbli çantasının ağırlığı yenidən gündəmə gəlir. Normalda çanta şagirdin çəkisinin 15%-dən artıq olmamalıdır. Lakin çoxsaylı dərsliklər, əlavə dəftərlər və müəllimlərin tövsiyə etdiyi iş dəftərləri bu normanı aşır və uşaqlarda onurğa problemlərinə səbəb olur".

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Onun sözlərinə görə, təhsil strategiyasında bütün dərsliklərin planşetlərə yüklənməsi nəzərdə tutulsa da, bu hələ reallaşmayıb:

"Halbuki planşetlərin verilməsi həm uşaqların sağlamlığını qoruyar, həm də dövlət büdcəsinə qənaət edərdi. Bir şagirdin 11 il ərzində 150-yə yaxın kitab alması təxminən 1000–1200 manata başa gəlir, planşet isə daha ucuz olar".

Ekspert bildirib ki, hazırda çıxış yolu kimi iki addım göstərilir:

"Dərsliklərin yarımilliklər üzrə ayrı çap olunması və əlavə iş dəftərlərinin istifadəsinə yol verilməməsi.
Ən effektiv həll isə dərsliklərin planşetlərlə əvəz edilməsidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top